Lilit Makunç Amerikanın təsir agenti idi və indi də belədir.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, belə iddia ilə Ermənistan Respublika Partiyası sədrinin müavini Armen Aşotyan hakim “Mənim addımın” blokunun parlament fraksiyasının rəhbəri Lilit Makunçun ABŞ səfiri təyin edilməsi haqda son xəbərləri şərh edərkən deyib.
Aşotyan bəyan edib ki, Makunçun ABŞ səfiri təyin edilməsi siyasi aldatma, peşə anlaşmazlığı və dövlət mənasında biabırçılıqdır: “Lilitin son uğuru parlamentdə olan sir çantası olmasındadır. Belə sirr çantasının vacib bir ölkəyə səfir təyin edilməsi gülüncdür”.
Siyasətçinin sözlərinə görə, diplomatik xidmət haqqında qanunda açıq şəkildə deyilir ki, diplomatik xidmət peşəkar fəaliyyətdir: “Lilitin xarici dünya ilə ünsiyyətdəki peşəkar bacarığı vaxtilə çalışdığı Ermənistandakı universitetlərdən birində xarici əlaqələr şöbəsinin müdiri vəzifəsi ilə məhdudlaşır. Bu parlamentdə o yalnız iki dostluq qrupunun rəhbəri olub-ABŞ və Böyük Britaniya ilə”.
Aşotyanın qənaətincə, hakim partiyanın əsas simalarından olan Lilitin səfir təyin edilməsi yalnız Paşinyanın yaxın çevrəsinin qaçış yolları axtardığına dəlalət edir. Lilit bu xuntaya yaxınlaşaraq məsuliyyətdən yayınmağa çalışır. Ancaq bu, onu erməni xalqının haqlı tələbindən xilas edə bilməz”.