27 Yanvar 2021 08:05
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ müharibəsində məhv edilmiş daha 31 erməni hərbi qulluqçunun meyiti yanvarın 26-da Ermənistana təhvil verilib.

Teleqraf.com xəbər verir ki, müharibə zamanı itkin düşmüş erməni hərbçilərdən birinin qohumu meyitlərin bəzilərinin üzərində sənədlərin olduğunu deyib. İtkin erməni hərbçilərin axtarışlarının bu gün davam etdiriləcək.

Xatırladaq ki, Qarabağ müharibəsində iştirak etmiş erməni hərbçilərin bəzilərinin valideynləri övladlarının tapılmamasından narazıdırlar. Onlar dəfələrlə Yerevanda etiraz aksiyaları keçiriblər və baş nazir Nikol Paşinyan da daxil olmaqla, hökumət rəsmiləri ilə görüşüblər. Lakin hərbçilərin valideynləri görüşlərdən razı qalmayıblar. Hazırda Qarabağda itkin düşmüş erməni hərbçilərin axtarışlarına onların valideynləri də qoşulub.

Ermənistan Qarabağ müharibəsində həlak olan hərbçilərinin sayının 3 600-ə çatdığını etiraf edib.


Müəllif: Teleqraf.com