27 Yanvar 2021 11:53
3 136
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Sarukyan Rusiyanın bu ölkədəki səfiri Sergey Kopırkinlə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüşdə müharibədən sonra Ermənistandakı vəziyyət və Ermənistan-Rusiya münasibətləri müzakirə edilib.

“Səfir Kopırkin Ermənistan-Rusiya münasibətlərinin inkişafı üzrə ikitərəfli işləri vacib sayır və əsrlərdən bəri davam edən əlaqələrin dərinləşdirilməsinin vacibliyini vurğulayıb”, - Sarukyan görüş haqda deyib.

Partiya lideri Rusiyanın bölgədəki təhlükəsizliyin əsas təminatçısı və Ermənistanın əvəzolunmaz strateji tərəfdaşı olduğuna inandığını söyləyib.

Sarukyan səfirdən Qarabağdakı müharibənin sona çatması üçün göstərdiyi fəal səylərə görə Rusiya Prezidenti Vladimir Putinə təşəkkürlərini çatdırmağı da xahiş edib.

Qeyd edək ki, Ermənistanda barəsində korrupsiya ittihamı ilə cinayət işi açılan Sarukyan Rusiyanın ən sadiq adamlarından biri kimi tanınır. O, eyni zamanda Moskvada o qədər də xoş qarşılanmayan Ermənistan Baş naziri Nikol Paşinyanın əsas rəqiblərindən biridir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər