Ermənistanın Müdafiə Nazirliyinə hərbi məhsul tədarük edən erməni iş adamı David Qalstyan saxlanılıb.
Teleqraf.com xəbər verir ki, Mnatsakan Martirosyanın sədrlik etdiyi yerli məhkəmə Ermənistan Təhlükəsizlik Xidmətinin vəsatətini təmin edərək iş adamının həbsi barədə qərar çıxarıb.
Qalstyanın vəkili məlumatı təsdiq edib. Biznesmen silah frıldaqçılığında günahlandırılır.
Vəkil dövlət sirri ehtiva edən sənədlərin detallarına varmadan ittihamla razılaşmadıqlarını bildirib.