6 Fevral 2021 08:05
1 897
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusunun zərbəsi ilə ağır yaralanan və bir müddət sonra Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin rəisi təyin edilən separatçı Qarabağ rejiminin “müdafiə naziri” olmuş Cəlal Arutyunyan ordumuzun onu necə vurmasından bəhs edib.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Ordusunun qorxusundan siçan kimi gizlənən general Arutyunyan erməni mətbuatına müsahibəsində hərbçilərinin fərarilik etdiyini etiraf edib.

“Əlbətdə, fərqli vəziyyətlər var idi. Hər şey heç də hamar deyildi. Bu proseslərə müdaxilə etmək üçün hər cür cəhd göstərdik, tutulmalar oldu və s. Bu işlərin bütün orduya yayılmaması üçün hər şey edildi”,- Cəlal Arutyunyan erməni jurnalistin “zabitlərin, əsgərlərin və könüllülərin müahribədən qaçmasına şahid oldunuzmu” sualına cavabında deyib.

Bununla belə Cəlal Arutyunyan Şuşanın Azərbaycan ordusu tərəfindən işğaldan azad olunmasına münasibət bildirməyib: “Bu suala cavab verə bilmərəm. Mən o vaxt yaralı idim”.

Azərbaycan Ordusunun hava zərbəsi ilə yaralanmasına gəldikdə Cəlal Arutyunyan bildirib ki, həmin vaxt Azərbaycan hava sahəsində kifayət qədər aktiv olub və quru hərəkətləri barədə məumatlar alıb: “Bunkerlərdə oturub səngərdən çıxmamaq mümkün deyildi. Bir neçə dəfə çölə çıxdım. Azərbaycan havada daha fəal idi. Bəzən qeyd edirlər ki, təhlükəsizliyə diqqət edilməyib və s. Ancaq biz rabitənin təhlükəsizliyini təmin etmişdik. Ümumiyyətlə, mobil telefonlar söndürülmüş, avtomobillər dəyişdirilmişdi.Təhlükəsizlik tədbirlərinə riayət olunmuşdu. Sadəcə mümkündür ki, qarşı tərəfin əlində başqa cihazlar olub”.


Müəllif: Nemət

Oxşar xəbərlər