Ermənistanda son sutkada üçüncü dəfə zəlzələ qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, məlumatı Ermənistan Fövqəladə Hallar Nazirliyinin Ərazi Seysmoloji Müdafiə Xidməti yayıb.
Zəlzələ Ermənistanın şimal-şərqində Geqarkunik vilayətinin Şorja kəndində 2-3 bal gücündə baş verib.
Qeyd edək ki, fevralın 5-də yerli vaxtla 19:36-da Şorja kəndində 10 km dərinlikdə 4,7 bal gücündə zəlzələ olub. Geqarkunikdə 5-6 bal, Kotayk, Tavuş, Lori və Ararat yaşayış məntəqələrində 4-6, Yerevanda isə 3-4 bal gücündə zəlzələ baş verib. Episentrdə isə yeraltı təkanların gücü 6-7 bal olub.
Ermənistanın Fövqəladə Hallar Nazirliyi yaxın günlərdə yeraltı təkanların təkrarlanacağı barədə xəbərdarlıq edib.