Ermənistanın keçmiş prezidenti Robert Köçəryan böyük siyasətə qayıtdığını bəyan edib.
Teleqraf.com xəbər verir ki, Robert Köçəryan bunu “Sputnik Ermənistan”a verdiyi müsahibə zamanı bildirib: “Mən böyük siyasətə qayıtmışam”.
Onun sözlərinə görə, indi “başa düşülən və güclü şəxsiyyətlərə” böyük tələbat var, ona görə də yeni parlament seçkiləri ikiqütblü olacaq – hazırkı hökumət və antipodlar arasında.
“İnsanlar populizm meyvələrini, rəngli inqilabların və təcrübəsiz insanların işlərinin nəticəsini daddılar, indi kəfkir əks istiqamətə çevrilib və tamamilə fərqli tipajlara ehtiyac var, tamamilə fərqli komandalara – peşəkar idarəetmə komandalarına, iradəsi olan insanlara, həqiqəti söyləyə bilən, rəqiblərinin gözlərinə baxacaq insanlara. Ermənistanda belə bir komanda var”, – deyə o bildirib.