10 Fevral 2021 15:48
1 740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub:

***

11:50

Erməni rəssam Janna Xlqatyanın 1994-cü ildə çəkdiyi “Cəhənnəmin məhvi” adlı ikonasını Kəlbəcərdəki Xudavəng monastırına quraşdırmaq üçün Qarabağa göndərib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Mənbə bildirib ki, əsərini böyük həvəslə Qarabağa göndərən rəssamın kətanı Xudavəngə çatmayıb, çünki Azərbaycan hərbçiləri fevralın 7-də Rusiya sülhməramlılarının müşayiəti ilə monastıra getmək istəyən ermənilərə məbədə girməsinə icazə verməyib.

Rəssamın bu xəbərə təəccüblə reaksiya verdiyi bildirilib.

Mənbə vurğulayıb ki, razılaşmaya görə, Rusiya hərbçilərinin müşayiəti ilə erməni zəvvarlar monastıra gedə bilərlər. Amma bu dəfə baş verənlər barədə “Sputnik Ermənistan”ın müvafiq sorğusu nə Ermənistan, nə də Rusiya tərəfindən cavablandırıb.

Qeyd edək ki, Jana Xlqatyan bundan əvvəl Şuşa şəhərindəki Qazançı kilsəsi üçün bir ikona çəkib. O, əsərini ötən ilin 9-10 noyabr tarixlərində Şuşadakı kilsəyə qoydurmaq istəsə də bu istəyi də baş tutmayıb.

Çünki Şuşa artıq işğaldan azad edilib və Azərbaycan ordusunun nəzarətinə qaytarılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər