10 Fevral 2021 22:23
4 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın mövcud hakimiyyətinin seçkilərin nəticələrini saxtalaşdırmayacağına dair açıqlamalarına şübhə ilə yanaşıram”.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Tevan Poqosyan deyib.

O, birinci Qarabağ müharibəsində qalib gələn Ermənistan prezidenti Levon Ter-Petrosyanın da seçkinin nəticələrini saxtalaşdırdığını xatırladıb. Bu səbəbdən məğlubiyyətin yaşandığı müharibədən sonrakı durumda başqa cür mümkün ola bilməz.
Onun sözlərinə görə, erməni cəmiyyəti baş verənlərin nəticələrini dərk etmə mərhələsinə qədəm qoyub və Ermənistanın maraqlarına zərər verən qərarların hakimiyyətin dinc yolla iqtidardan getmək şanslarını azaldır:

“Bütün bunlar hər gün yeni faktların aşkarlanmasına və informasiya manipulyasiyasına gətirib çıxarır. Qarabağ müdafiə ordusunun (separatçı qüvvələri nəzərdə tutur – red.) ləğvi və ya şəxsi heyətin ixtisar edilməsi barədə məlumatlar var. Bu fonda bizə təhlükəsizlik zəmanəti verə bilməzlər”.

Politoloq qeyd edib ki, Baş nazir Nikol Paşinyan ermənilərə onun təhlükəsizliyi barədə zəmanət vermir.

Tevan Poqosyana görə, cəmiyyət indi seçkilərə hazır deyil, çünki duyğularla keçiriləcək, qərar şüurlu olmayacaq.

Ekspert Ermənistandakı ailələrin öz övladlarını Qarabağa “hərbi xidmət”ə göndərmək istəmədiklərinə də diqqət çəkib:
“Cəmiyyət dərk etməlidir ki, məsələn, bu gün oğullarını Qarabağa göndərmək istəmirsə, sabah Sünik, Ararat, Tavuş və sairə də göndərmək istəməyəcəklər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər