11 Fevral 2021 22:23
2 436
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla 44 günlük müharibədə 10 mindən çox erməni hərbçisi fərarlik edib”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Joxovurd” qəzeti məlumat yayıb.

Nəşr Azərbaycanın Türkiyədən aldığı “Bayraktar” pilotsuz uçan aparatlarının Ermənistan cəbhəsində ciddi qorxu yaratdığını qeyd edib.

Qəzet türk dronlarının erməni ordusunun başında göydən od yağdırdığını yazıb:

“Çox rahat şəkildə müharibəyə getmişdilər. Ancaq göydən alov yağdıqdan və yoldaşları gözlərinin qarşısında külə çevrildikdən sonra nə edə bilərdilər? Başqa yol yox idi, yeganə çıxış yolu qaçmaq idi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər