Ermənistanda Baş nazir Nikol Paşinyana qarşı “Qarabağ klanı”nın fəal addımlarına start verilib.
Teleqraf.com xatırladır ki, “Qarabağ klanı”daxil olmaqla keçmiş korrupsioner və hərbi canilər erməni müxalifətinin vahid namizədi Vazgen Manukyanın fevralın 20-də təyin edilən mitinqində fəal iştirak etməyə hazırlaşır.
Ermənistanın ikinci prezidenti Robert Köçəryanın ofisi onun komanda yoldaşlarını, tərəfdaşlarını 20 fevral mitinqində fəal iştirak etməyə çağırıb.
Bununla bağlı xüsusi açıqlama isə Robert Köçəryanın rəsmi Facebook səhifəsində yerləşdirilib.
“Bütün komanda yoldaşlarımızı, tərəfdarlarımızı və həmfikirlərimizi 20 fevral mitinqində, daha sonra müxalifətin təşkil etdiyi gələcək etirazlarda fəal iştirak etməyə çağırırıq. Əminik ki, bu gün hər bir vətəndaş Ermənistanın və Qarabağın “gələcəyi” uğrunda mübarizəyə qoşulmalıdır. Milli dirçəlişimizin ilk ilkin şərti xain hakimiyyət orqanlarının erkən aradan qaldırılmasıdır”,- müraciətdə deyilir.