19 Fevral 2021 12:14
5 754
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın eks-prezidenti Robert Köçəryan fevralın 20-də mitinq keçirəcəyini elan edib. Mitinqin müharibədəki məğlubiyyətə görə ölkədə revanşist əhval-ruhiyyəni körükləyən qüvvələrin Paşinyana qarşı “Qarabağ tezisi”nin yenidən gündəmə gətirməsinə həsr olunacaq”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə söyləyib.

Onun sözlərinə görə, Köçəryan “Qarabağ kartı”na əl atmaqla hakmiyyətə gəlməyə çalışır:

“Lakin gedişat göstərir ki, artıq Ermənistan cəmiyyəti Qarabağ məsələsini gündəlikdən çıxıb. Bu baxımdan, Köçəryan və ya Sərkisyanın Qarabağla bağlı nə deməsi və keçirəcəyi mitinq ermənilər üçün önəmli deyil.

Köçəryandan əvvəl müxalifətin 17 siyasi partiyası birləşərək sabiq müdafiə naziri Vazgen Manukyanın baş nazirliyə namizədliyini irəli sürdü. Lakin müxalifət Manukyanın ətrafında kütləvilik yarada bilmədi. İndi Köçəryan bunu bacarağını iddia edir. Amma Köçəryan da Manukyan kimi, rasional və proqressiv vədlər vermir, yalnız “Qarabağ” deyib durur”.

Məhəmməd Əsədullazadə iddia edir ki, Ermənistanın ikinci prezidentinin kütləvi etirazlar yaratmaq cəhdləri boşa çıxacaq:

“Ermənilər üçün Köçəryan və Qarabağ səhifəsi bağlanıb. Onlar bir daha Azərbaycanla müharibəyə getmək fikrində deyillər.

Qənaətimə görə, hazırda Ermənistanda Paşinyana alternativ yoxdur. Buna görə də Köçəryanın əl ata biləcəyi yeganə vasitə hərbi çevrilişdir. Amma hazırda Ermənistanda bunun üçün də münbit bir şərait yoxdur. Paşinyan ötən dövr ərzində Köçəryanın Silahlı Qüvvələrdəki dayaqlarını kifayət qədər sarsıdıb və sıradan çıxarıb. Digər yandan, hərbçi çevriliş baş tutsa belə, erməni cəmiyyəti bunu qəbul etməyəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər