20 Fevral 2021 14:39
4 723
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın mövcud hakimiyyətinin atdığı addımlar bizi məhvə aparır”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryan deyib.

O, Ermənistan Baş naziri Nikol Paşinyanı “həvəskar” adlandırıb.

Köçəryan qeyd edib ki, Ermənistandakı mövcud hakimiyyət erməni xalqının birliyini pozmaq, “qəhrəmanları dəyərdən salmaq” və “qalib gələn ordunun ruhu”nu zəiflətmək üçün məqsədyönlü addımlar atır.

Eks-prezidentə görə, ölkənin hazırkı rəhbərliyini buna xarici qüvvələrin məcbur etməsi və ya onun özünün ideoloji baxışlarına əsaslanaraq, ya da sadəcə öz komplekslərini aşmaq naminə getdiyi vacib məqam deyil:

“Hakimiyyətin atdığı bu addımlar dövlətçiliyimiz üçün dağıdıcı və qaçılmaz itkilərə səbəb olur. Dövlətimizin qarşısında duran problemlər gündən-günə artır”.

Köçəryan bildirib ki, mövcud hakimiyyətin keçmiş hakim komandaya qarşı nifrət təbliğatı dövlət sisteminin məhv edilməsinə gətirib çıxara bilər: “Bir neçə həvəskarın ölkəni təcrübə sahəsinə çevirməsinin ağır nəticələrini aradan qaldırmaq üçün fürsətlər mövcud olmaya bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər