Yağan güclü qar Ermənistanın xaricə çıxışını bağlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Fövqəladə Hallar Departamenti, habelə Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya Böhran İdarəetmə Mərkəzinə istinadən xəbər yayıb.
Hazırda Rusiya-Ermənistan əlaqələrinin qurulmasında mühüm rola malik Lars şosesi bütün növ nəqliyyat vasitələri üçün qapalıdır.
Sərhədin Rusiya tərəfində azı 600 avtomobilin qaldığı bildirilir.