24 Fevral 23:56
1 709

İskəndər” sistemləri etibarlıdır, baxır, onu kim istifadə edir”.

Teleqraf.com xəbər verir ki, bunu rus politoloq Ruslan Puxov Ermənistan Baş naziri Nikol Paşinyanın sözügedən sistemləri “yararsız və köhnə” adlandırmasına cavab olaraq bildirib.

Puxov Paşinyanın hərbi sahəni və silahları yaxşı bilmədiyini söyləyib:

“Sistem çox etibarlıdır və tələb var. Bildiyiniz kimi onu Ermənistandan əlavə Əlcəzair də alıb. Almaq istəyən başqaları da var. Düşünürəm ki, Ermənistan baş nazirinin bu açıqlaması üç cəhətlə əlaqəlidir.
Birincisi, Ermənistan hökumətinin başçısı təhsilinə görə humanistdir və hərbi məsələləri tam anlamır. Bir siyasətçidir və bu səbəbdən mövzunun bütün incəliklərini tam bilmir.

İkinci məqam, erməni cəmiyyətinin bütövlükdə qərbyönümlü olması ilə əlaqədardır. Üçüncü məqam eks-prezident Serj Sərkisyan Paşinyanı bir şeydə, Paşinyanı onu tamam başqa bir şeydə günahlandırır. Yəni, bunlar bənzərsiz sistemlər.

Ermənistanla bağlı məsləyə gəldikdə, əsas məqam bu silahı kimin idarə etməsindədir”.

Puxov erməni hərbçilərini qeyri-peşəkarlıqda ittiham edib.

Qeyd edək ki, Paşinyan bundan əvvəl verdiyi açıqlamada Qarabağdakı 44 günlük müharibə zamanı Azərbaycana “İskəndər” raketi atdıqlarını, amma partlamadığını bildirib. O, bu sistemlərin köhnə olduğunu, 1980-ci illərdən qaldığını deyib.
Baş nazir bu “yararsız sistemlər”in alınmasına görə keçmiş prezident Serj Sərkisyanı günahlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu