25 Fevral 2021 10:37
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni müxalifəti ölkənin bütün rayonlarına gedəcək, bu məqsədlə avtomobil karvanı yürüşü təşkil ediləcək.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Vətənin Xilası Hərəkatının baş nazirliyə vahid namizədi Vazgen Manukyan bildirib.

O qeyd edib ki, paytaxt İrəvanda da yürüşlər və toplantılar olacaq. Bu gün erməni müxalifəti yerli vaxtla saat 13:00-da İrəvanın “Kontinental” restoran kompleksi qarşısında toplaşacaq, buradan Masis və Artaşat rayonlarına avtomobillərlə yürüş edəcək.


Müəllif: Cavad

Oxşar xəbərlər