25 Fevral 2021 13:44
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda baş verən son daxili siyasi hadisələr böyük narahatlığa səbəb olub. Bütün tərəfləri diqqətli və sağlam düşüncəli olmağa dəvət edirəm. Əks təqdirdə məğlubiyyətimiz daha dərin və ölümcül olacaq.

Teleqraf.com xəbər verir ki, belə bəyanatla Xankəndindəki separatçıların başçısı Araik Arutyunyan çıxış edib.

Arutyunyan bu gün İrəvanda müşahidə olunan hərbi-siyasi böhranla bağlı tərəflər arasında vasitəçi kimi çıxış etməyə hazır olduğunu bəyan edib.

“Tökdüyümüz kifayət qədər qandan sonra böhranlara son qoymağın, uzun inkişaf və möhkəmlənmə müddətinə keçməyin vaxtıdır. Hazırda İrəvanda olduğum üçün bu siyasi böhrandan çıxmaq üçün vasitəçilik missiyamı şərəflə yerinə yetirməyə hazıram”, - separatçı bəyanatında qeyd edib.


Müəllif: Cavad

Oxşar xəbərlər