25 Fevral 2021 15:51
1 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Silahlı Qüvvələrinin Baş Qərargahı Baş nazir Nikol Paşinyanın istefası ilə bağlı mövqeyini təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının ikinci açıqlamasında deyilir.

Baş qərargah bu gün səhər rəhbərlik adından yayımlanan bəyanatın onlara heç kim tərəfindən göndərilmədiyini və heç bir təzyiq altında hazırlanmadığını bəyan edib.

“Bu, məqsədi yalnız bu kritik anda vətəni xilas etmək olan general və zabitlərin açıq-aydın mövqeyidir. Biz bir daha bu aydın mövqeyimizi təsdiqləyirik”, – deyə bəyanatda bildirilir.


Müəllif: Səxavət

Oxşar xəbərlər