25 Fevral 2021 19:26
1 355
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daşnaksütyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan yüksək rütbəli zabitlərin Baş nazir Nikol Paşinyanın əmri ilə həbs ediləcəyini söyləyib.

Teleqraf.com xəbər verir ki, Saqatelyan artıq baş nazirin bununla bağlı müvafiq qurumlara göstəriş verdiyini iddia edib.

“Nikol Paşinyanın əmri ilə prokurorluğun generalları Müdafiə Nazirliyinin binasında həbs edəcəyi ilə bağlı sənədlər hazırladığı barədə məlumatımız var”, - partiya nümayəndəsi vurğulayıb.

Saqatelyan xalqı ordunun yanında durmağa çağırıb.
Xatırladaq ki, Silahlı Qüvvələrin Baş Qərargahı siyasi rəhbərliyin dövləti təhlükəli istiqamətə apardığını açıqlayaraq baş nazirinin istefasını tələb edib. Paşinyan buna cavab olaraq, baş qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər