27 Fevral 2021 09:49
1 435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün saat 15:00-da Ermənistanda müxalifətin növbəti mitinqi keçiriləcək.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, aksiyanı “Vətənin Xilası” Hərəkatı keçirəcək.

Aksiya Baqramyan prospektində, Ermənistan parlamentinin binası qarşısında baş tutacaq. Tələb Baş nazir Nikol Paşinyan və komandasının istefasıdır.

“Bizim mübarizəmiz hər gün davam edəcək. Tələbimiz hər gün qüvvədədir. Hər kəsi aksiyada iştiraka dəvət edirik”,-Hərəkatın Feysbuk səhifəsində yayılan müraciətdə bildirilib.


Müəllif: Cavad

Oxşar xəbərlər