27 Fevral 2021 19:30
1 897
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Armen Sərkisyan Baş qərargah rəisi Onik Qasparyanın işdən çıxarılması ilə bağlı təqdimatı imzalayacağı təqdirdə ordu qanunsuz əmrə tabe olmamalıdır.

Teleqraf.com xəbər verir ki, bu sözləri erməni müxalifətini təşkil edən 17 partiyanın baş nazirliyə vahid namizədi Vazgen Manukyan jurnalistlərə deyib.

Manukyan əmindir ki, prezident Armen Sərkisyan sənədi imzalamadan geri qaytaracaq: “Əks təqdirdə Prezident İlham Əliyevin Ermənistanın öldüyünü və ayağa qalxmayacağını söyləməsi təsdiqlənəcək. Buna baxmayaraq, bu olmazsa, ordu qanunsuz bir əmrə tabe olmamalıdır”.


Müəllif: Cavad