Ermənistan Baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın vəzifədən azad edilməsi barədə Prezidentə yenidən müraciət edib.
Teleqraf.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə Paşinyan sosial mediada məlumat yayıb.
Onun sözlərinə görə, prezidentin Baş Qərargah rəisinin vəzifədən azad edilməsi barədə müraciəti geri qaytarması yaranmış vəziyyətin həllinə kömək etmir: "Mən Qasparyanın istefa verməsi barədə müəyyən olunmuş qaydada təkrar prezidentə müraciət göndərirəm və imzalanacağını gözləyirəm”.
Xatırladaq ki, Ermənistan Prezidenti Armen Sərkisyan Qasparyanın vəzifəsindən azad edilməsi haqqında müraciəti Baş nazir Nikol Paşinyana geri qaytarmışdı.