Ermənistanın Baş naziri Nikol Paşinyan prezident Armen Sarkisyanın onun Baş Qərargah rəisi Onik Qasparyanın istefası ilə bağlı sərəncamını geri qaytarmasını tənqid edib.
Teleqraf.com xəbər verir ki, bu barədə o, “Facebook”da videomüraciəti zamanı deyib:
“Prezidentin qərarı anlaşılmazdır. Bu məsələni sabah mitinq zamanı da vətəndaşlarla danışacağam. Mən göstərəcəyəm ki, prezidentin qərarı əsassızdır, heç bir hüquqi əsası yoxdur. Bu faktın təsdiqindən sonra müəyyən nəticələr çıxarmaq olar”.
Paşinyan bildirib ki, sabah tərəfdarlarının mitinqində polislə toqquşmaların 10 nəfərin ölümünə səbəb olduğu 1 mart 2008-ci il hadisələrinə də toxunacaq.