3 Mart 2021 12:10
2 127
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günləri işdə keçirən Ermənistan Silahlı Qüvvələri baş qərargahının rəisi Onik Qasparyan artıq evə qayıdıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti məlumat yayıb.

“Ancaq bu, geri çəkilmək demək deyil, qısa bir möhlətdən söhbət gedir. Silahlı Qüvvələrin Baş Qərargahının heyəti Qasparyanın işə gəlməsini və yeni təlimatlarını gözləyir”, - qəzet yazıb.

Prezident Armen Sərkisyanın Qasparyanın istefaya göndərilməsi ilə bağlı sənədi imzalamaqdan imtina etməsinə gəldikdə, nəşr bildirib ki, Baş nazir Nikol Paşinyanın onunla görüşməsindən əvvəl hakim “Mənim addımım” fraksiyasının deputatları sosial şəbəkələr və mediada prezidentə qarşı hücuma keçiblər.

Qəzet fraksiyanın deputatı Vaaqn Ovakimyanın prezidentə qarşı impiçment proseduruna başlamaq ehtimalını elan etdiyini də xatırladıb.

“Mənim addımım”la görüşdən sonra baş nazir komanda üzvlərinə mesaj göndərərək, prezidentlə bağlı tənqidi fikirlərin dayandırılmasını tələb edib. Təsadüfi deyil ki, martın 2-də vəziyyət 180 dərəcə dəyişib. Qəzetin yazdığına görə, Paşinyanın Qasparyanın vəzifəsindən kənarlaşdırılması tələbi yerinə yetiriləcək.

Nəşrin iddiasına görə, Onik Qasparyan, çox güman ki, martın 4-dək vəzifəsindən azad ediləcək.

Hələ fevralın 28-dən Ermənistan parlamentindəki hakim “Mənim addımım” fraksiyası prezidentə qarşı impiçment prosedurunun mümkünlüyü barədə danışmağa başlayıb. Səbəb Prezident Armen Sərkisyanın baş nazirin Onik Qasparyanın istefası ilə bağlı vəsatətini imzalamaqdan imtina etməsi olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər