Ermənistanın keçmiş prezidenti Robert Köçəryan digər sabiq dövlət başçısı Serj Sərkisyanla əməkdaşlıq barədə danışıqların aparılmadığını bildirib.
Teleqraf.com xəbər verir ki, o, hazırda birləşmiş müxalifətlə birlikdə hərəkət etdiyini bildirib.
Köçəryan qeyd edib ki, tərəfdarları və keçmiş hakim partiya Respublikaçı etiraz aksiyalarında iştirak edir:
“Başqa bir formatda əməkdaşlıq müzakirəsi olmayıb. Paralel bir proses kimi qəbul edilməməsi üçün bütün tərəflərlə bu cür müzakirələrdən çəkinirəm”.
Köçəryan Baş nazir Nikol Paşinyanın hakimiyyətə gəlməsində Sərkisyanın nə dərəcədə günahkar olduğu barədə suala cavab verməkdən çəkinib:
“Hər zaman günahkarları axtarmağa çalışırıq. Mənim üçün bu (2018) anlaşılmaz bir il idi. İnsanlarımızın bu qədər asanlıqla idarə olunacağını düşünmürdüm”.