7 Mart 2021 17:41
2 801
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Növbədənkənar seçkilər keçirmək təklifi verdikdən sonra müəyyən qüvvələr məni və komandamı təqib etməyə başlayıblar”.

Teleqraf.com xəbər verir ki, bunu parlamentdəki “Maariflənmiş Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan deyib.

O bildirib ki, son günlərdə ona və komandasına qarşı kampaniya başlayıb.

Marukyan məqsədinin hakimiyyəti devirmək yox, çıxış yolu axtarmaq olduğunu söyləyib.

Fraksiya rəhbəri Ermənistan hakimiyyətinə qarşı hərbi çevriliş ehtimalına da toxunub: “Ordunun tankları paytaxta gətirəcəyini və ölkədə hakimiyyəti ələ keçirəcəyini ümid etdiyini söyləyən qüvvələr var. Belə bir ehtimal baş verərsə, bu, hərbi çevriliş kimi qiymətləndiriləcək”.

Marukyan Ermənistan Baş naziri Nikol Paşinyan və Silahlı Qüvvələrin Baş Qərargahı arasındakı qarşıdurmanın davam etdiyini, böhranın kəskinləşdiyini, bunun nəticəsində ölkədə geriləmənin olduğunu qeyd ediv.

Marukyana görə, nə hakimiyyət, nə də müxalifət erkən seçkilərə hazırdır: “Hökuməti dəyişdirməyin yeganə yolu seçkilərdir. Başqa yol yoxdur, əks halda qurbanlar çox olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər