Ermənistan son iki ildə Türkiyədən və digər qonşu ölkələrdən böyük həcmdə meyvə-tərəvəz idxal edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti Ermənistan Dövlət Gəlir Komitəsinin statistikasına istinadən məlumat yayıb.
Nəşr bildirib ki, Ermənistana keçən il Türkiyədən 1.7, ondan əvvəlki il isə 2.9 min ton pomidor idxal olunub.
Qəzet ötən il İrandan 1.9 min ton xiyarın idxal edildiyini yazıb.
Hesabat dövründə Ermənistan qonşu ölkələrdən - İran, Gürcüstan və Türkiyədən ərik də alıb. Türkiyədən 2 tondan bir az çox ərik idxal olunub.
Qəzet Ermənistana təzə meyvə və tərəvəz idxalının yerli istehsala zərər verdiyini və bu baxımdan qonşularından asılılığının getdikcə artdığını yazıb.