10 Mart 2021 14:04
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan baş naziri Nikol Paşinyan silahlı qüvvələrin baş qərargah rəisi vəzifəsinə Artak Davtyanın namizədliyini irəli sürüb.

Teleqraf.com-un məlumatına görə, bunu N.Paşinyanın mətbuat katibi bildirib və baş nazir bununla bağlı ölkə prezidentinə vəsatət təqdim edib.

Xatırladaq ki, Artak Davtyan 2018-2020-ci illərdə baş qərargah rəisi vəzifəsində işləyib. O, ötən ilin iyulunda karantin müddətində oğluna toy mərasimi təşkil etdiyi üçün istefa vermişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər