11 Mart 2021 10:16
4 469
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda müşahidə olunan hərbi-siyasi böhranı yoluna qoymaq cəhdləri davam edir.

Teleqraf.com xəbər verir ki, Ermənistan Prezidenti Armen Sərkisyan Baş nazir Nikol Paşinyanı, parlamentin fraksiya rəhbərlərini və müxalif “Vətənin Xilası” Hərəkatının liderlərini martın 13-ü saat 12:00-da prezident iqamətgahına görüşə dəvət edib.

Prezident bildirib ki, ölkədə siyasi böhran davam edir, vəziyyət gərgin olaraq qalır:

“Bu da dövlətimiz və dövlətçiliyimiz üçün geri dönməz nəticələrə səbəb ola bilər. Bir çox problemlər var ki, onların həlli konstitusiya və qanunvericilik daxil olmaqla, təcili və sistem dəyişiklikləri tələb edir. Həm hakimiyyət, həm parlament, həm də parlamentdən kənar müxalifət mövqelərini dəfələrlə ifadə ediblər”.

Sərkisyan qeyd edib ki, bununla belə qarşılıqlı anlaşma və bir-biri ilə görüşmək istəyi yoxdur:

“Ara-sıra dözümsüzlük çağırışları olur. Bu şərtlər daxilində yeganə məqsəd ölkəni sarsıntılardan qorumaq olmalıdır. Milli maraqları rəhbər tutaraq mövcud vəziyyəti müzakirə etmək və böhrandan çıxmağa yönəlmiş təsirli həll yollarını tapmaq üçün baş naziri, parlament fraksiyaları liderlərini və “Vətənin Xilası” Hərəkatının liderlərini 13 mart saat 12:00-da prezident iqamətgahında görüşə dəvət edirəm. Əminəm ki, fikir ayrılıqlarını aradan qaldırmağın yeganə yolu danışıqlar və dialoqdur”.

Prezident görüşə dəvət olunanların iclasda iştirak edib-etməyəcəyinə dair martın 11-i saat 18:00-a qədər cavab gözlədiyi bildirilib.


Müəllif: Cavad

Oxşar xəbərlər