Ermənistan prezidentinin müharibə dövründəki passiv davranışı suallar doğurur.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə nazirinin müavini Artak Zakaryan bəyan edib.
Onun fikrincə, heç bir parlament ölkəsində prezident belə davranmazdı.
Müxalifətçi qeyd edib ki, erməni ordusu əlindən gələni edib, ancaq bunun arxasında dövlət, diplomatiya, sosial və iqtisadi dəstək olmayıb: “Əvəzində baş nazir müharibə dövründə 50 ziddiyyətli açıqlama ilə çıxış edib və paralel olaraq ümumerməni mənbəyi boşa verildi”.
Artak Zakaryan deyib ki, böhranlar zamanı vəziyyətin həlli nöqteyi-nəzərindən hərəkət etməyə başlayan prezident institutu həmişə ciddi qəbul edilib: “Amma bu gün heç kim prezidentin özünə etibar etməyəcək, çünki heç bir şeylə məşğul deyil. İndi Ermənistanda elə bir vəziyyət var ki, dövlət adına və lazım gələrsə rəsmi səlahiyyətləri aşa bilərsiniz”.