Azəraycan Ordusunun 15-18 may tarixlərində planlaşdırılan genişmiqyaslı hərbi təlimlər Ermənistanda bomba effekti yaradıb.
Teleqraf.com xəbər verir ki, Ermənistan da təlimlər keçirmək haqqında qərar verib.
Belə ki, 16-20 mart tarixlərində Ermənistan Silahlı Qüvvələrinin bütün əməliyyat istiqamətlərində taktiki və taktiki-ixtisaslaşdırılmış təlimləri keçiriləcək.
Müdafiə Nazirliyinin verdiyi məlumata görə, 7500 hərbçi, 200-ə yaxın raket, raket artilleriyası, top silahları, 150-dən çox tank əleyhinə silah, 100-ə yaxın zirehli texnika, 90-dan çox hava hücumundan müdafiə silahı və hərbi aviasiya təlimlərə cəlb ediləcək.
Təlimlərin məqsədi qoşunların döyüş hazırlığını, əməliyyat eşelonunu idarə etmək qabiliyyətini, mövcud vəziyyətdə əməliyyat hərəkətləri qabiliyyətini yoxlamaq, işçi heyəti ilə dəstək qüvvələri və vasitələrinin qarşılıqlı təsir məsələlərini aydınlaşdırmaq, atəşə nəzarət təlimləri keçirməkdir.