Ermənistan prezidenti Armen Sarkisyanın səhhətində problem yaranıb.
Teleqraf.com xəbər verir ki, A. Sarkisyan İrəvandakı “Astxik” tibb mərkəzində müayinə olunur. Bu barədə Ermənistan Prezidentinin köməkçisi Asmik Petrosyan məlumat verib.
Bundan əvvəl “Qraparak”qəzeti A. Sarkisyanın ürəyində problem olduğunu və “Astxik” tibb mərkəzində ürəyinə stent qoyulduğunu yazıb.
A.Petrosyan isə qeyd edib ki, A. Sarkisyanın səhhətində koronavirusa yoluxmadan sonra ağırlaşma olub və o, adışəkilən tibb mərkəzində müayinə olunur.
Xatırladaq ki, Ermənistan Prezidenti yanvarın 5-də koronavirusa yoluxmuşdu.