13 Mart 2021 10:33
4 946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ermənistanın ənənəvi müxalifət qüvvələri saat 12:00-da Xarici İşlər Nazirliyinin binası qarşısına toplaşacaq.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Vətənin Xilası” Hərəkatının açıqlamasında bildirilib.

Açıqlamada qeyd edilib ki, Baş nazir Nikol Paşinyan bu gün saat 12:30-da hökumət binaları kompleksinin ikinci binasını-Xarici İşlər Nazirliyini ziyarət etmək qərarını verib.

Əlavə edilib ki, Nikol Paşinyan martın 2-i - diplomatlar günündə yox, məhz bu gün Xarici İşlər Nazirliyini ziyarət etmək qərarına gəlib.

“Tələbimizi yenidən səsləndirmək üçün Paşinyanla Xarici İşlər Nazirliyinin binası qarşısında “görüşəcəyik”. Nikol olmadan Ermənistan”,- müxalifətin açıqlamasında bildirilib.


Müəllif: Cavad

Oxşar xəbərlər