15 Mart 2021 13:47
7 821
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan bundan sonra Qarabağdakı erməni separatçılarının silahlı birləşmələrinə maliyyə ayırmayacaq”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert bölgədəki son duruma diqqət çəkib:

“Qarabağdakı erməni separatçıların rəhbərlərindən biri olan Vitali Balasanyan növbəti dəfə terrorçu qüvvələri gücləndirəcəklərini deyib. Hesab edirəm ki, kiçik bir ərazidə Azərbaycan ordusunun dörd tərəfdən mühasirəsində olan ermənilərin Qarabağda “güclü ordu” qurması mifdir. Bundan başqa, silahlı erməni birləşmələrinin Ermənistan tərəfindən təchizatı da mümkün olmayacaq. Artıq Ermənistan hökuməti orduya ayrılan vəsaiti azaldıb. Bu illər ərzində Qarabağdakı separtaçıların silahlı birləşmələri Ermənistan büdcəsi üçün ağır yük idi. Baş nazir Nikol Paşinyan orduya ayrılan vəsaiti azaltmaqla, bundan sonra Ermənistan ordusunun modernləşdirilməsində və yenidən qurulmasında maraqlı olmadığını ortaya qoydu. Paşinyanın bu addımı həm də Qarabağdakı silahlı birləşmələrin saxlanması üçün vəsaitin kəsilməsi deməkdir. Əgər Ermənistan ordusuna ayrılan maliyyə azaldılırsa, yeni silahların alınması təxirə salınırsa, separatçı Balasanyan qanunsuz silahlı erməni birləşmələrini necə gücləndirəcək?

Balasanyan arxayındır ki, bunu Rusiya edəcək. Amma Rusiyanın buna gedəcəyini düşünmürəm. Hazırda Türkiyə və Azərbaycan bölgədə üstün mövqedədir. Hesab edirəm ki, belə bir hal olarsa, bu, Rusiya üçün baş ağrısı ola bilər. Buna görə də Kreml belə bir addıma getməyəcək”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Paşinyan Azərbaycan və Türkiyə ilə sülh müqaviləsi imzalamaq istəyirsə, ilk növbədə Ermənistandan bu iki ölkəyə qarşı ərazi iddiasına son qoymalıdır:

“İndi bölgədə reallıq elədir ki, bundan sonra Ermənistana güclü ordu lazım olmayacaq. Paşinyan da orduya ayrılan vəsaiti azaltmaqla, Ermənistanı yeni mərhələyə aparmaq istəyir. Qarabağdakı silahlı erməni birləşmələrinin varlığına gəldikdə, hesab edirəm ki, Azərbaycan bu istiqamətdə hərəkətə keçməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər