18 Mart 2021 12:30
1 059
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağda küçə davası olmasa da, gərginlik səngimir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti məlumat yayıb.

Nəşr Ermənistan Baş naziri Nikol Paşinyan və Araik Arutyunyanın separatçı hərbi birləşmələrin hədəfində olduğunu yazıb.

Qəzet Qarabağdakı hərbi birləşmələrin Paşinyan, Arutyunyan və digər yüksək vəzifəli şəxslərə qarşı sərt mübarizə üsulu seçdiyini iddia edib:

“Həmin qüvvələr Nikol Paşinyan-Araik Arutyunyan tandeminə qarşı sinxron mübarizə aparmaq barədə düşünürlər.

Bəzi məlumatlara görə, yaxın gələcəkdə Qarabağdan bir qrup şəxs Ermənistana gələcək, gələcək planları və birgə fəaliyyət proqramını müzakirə etmək üçün müxalifət liderləri ilə görüşəcəklər”.


Müəllif: Mənsur Rəğbətoğlu