18 Mart 2021 13:03
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hakimiyyəti yaxın günlərdə növbədənkənar parlament seçkilərinin vaxtını elan edəcək.

Teleqraf.com xəbər verir ki, bunu ölkənin ətraf mühit naziri Romanos Petrosyan jurnalistlərə açıqlamasında bildirib.

“Hakimiyyət yaxın vaxtlarda növbədənkənar seçkilərə getmək niyyətindədir. Bu barədə biz dəfələrlə danışmışıq. Bu gün və ya sabah qərar açıqlanacaq”, – deyə Petrosyan qeyd edib.

O qeyd edib ki, söhbət konkret tarixdən gedir.

Petrosyan verdiyi bu açıqlamanın baş nazir Nikol Paşinyanın “Çiçəklənən Ermənsitan” Partiyasının lideri Qaqik Çarukyanla qarşıdakı görüşünün nəticələri ilə əlaqəli olub-olmadığı barədə sualı cavablandırmayıb.

Qeyd edək ki, baş nazir Nikol Paşinyan və parlament müxalifəti növbədənkənar seçkilərin keçirilməsinin mümkünlüyünü müzakirə edirlər. “Çiçəklənən Ermənistan” fraksiyasının lideri Edmon Marukyan müxalifətdən namizədlərin irəli sürülməməsi və parlamentin buraxılması, həmçinin seçkilərin 1 iyuna qədər keçirilməsi ilə bağlı memorandum imzalanmasını təklif edir. O, bununla bağlı artıq baş nazirlə görüşüb.


Müəllif: Səxavət

Oxşar xəbərlər