“Siyasətdən getməyi düşünmürəm”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın üçüncü prezidenti Serj Sərkisyan deyib.
“Siyasi səngəri tərk etmək niyyətində deyiləm. Siyasi mübarizəyə davam edəcəyəm”, - Sərkisyan bildirib.
Sabiq prezident rəhbərlik etdiyi partiyadakı (Respublikaçı) itkilərə də diqqət çəkib. Qeyd edib ki, ötən üç il ərzində partiya ciddi itkilərlə üzləşib. O, bu itkiləri bərpa edəcəyinə ümid etdiyini də dilə gətirib.
Sərkisyan erkən parlament seçkilərində iştirak ehtimalından da danışıb: “Konkret heç nə deyə bilmərəm, çünki mövcud hakimiyyətin davranışlarını əvvəlcədən təsəvvür etmək çətindir, mövqeyimizi açıqlayacağıq”.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan bu gün verdiyi açıqlamasında erkən seçkilərin iyunun 20-də keçiriləcəyini bildirib.