19 Mart 2021 10:34
1 762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mübarizə davam edir. Biz bu gün mövqeyimizi elan edəcəyik.

Teleqraf.com xəbər verir ki, bu sözləri Ermənistan Daşnaksütyun Partiyasının funksioneri, erməni revanşist qüvvələrinin cəmləşdiyi “Vətənin Xilası” Hərəkatının koordinatoru İşxan Saqatelyan ölkədə keçiriləcək erkən parlament seçkiləri haqqında danışarkən bildirib.

Qeyd edək ki, martın 18-də Baş nazir Nikol Paşinyan bu ilin iyunun 20-də erkən parlament seçkilərinin keçiriləcəyini elan edib.

Müxalifətin bəzi hissəsi baş nazirin bəyanatının səmimiyyətinə inanmır. Radikal müxalifət isə onun istefasını tələb edir. Ancaq sosialoji sorğular göstərir ki, ölkədə ən ciddi sosial baza Paşinyanın “Mənim addımım” fraksiyasını dəstəkləyir.


Müəllif: Cavad

Oxşar xəbərlər