“Paşinyan müxalifətin təzyiqi altında erkən seçki qərarı versə də, seçkilərdə böyük üstünlüklə qələbə qazanacağına inanır”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Mixeyev deyib.
“Paşinyan bir tərəfdən müxalifətin təzyiqi altında erkən seçki elan etdi, digər tərəfdən isə, yəqin ki, qələbə qazanacağını düşünür. Amma qənaətimə görə, onun erkən seçkilərə getməkdən başqa variantı yox idi”, - ekspert qeyd edib.
Mixeyev hesab edir ki, Paşinyan erkən seçkilərə getməsəydi, istefa verməyə məcbur ediləcəkdi.
Ermənistan hökumətinin başçısı Nikol Paşinyan bundan əvvəl ölkədə iyunun 20-də erkən seçkilərin keçiriləcəyini açıqlayıb. O, martın 18-də “Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Sarukyanla görüşüb. Tərəflər mövcud daxili siyasi vəziyyətdən ən yaxşı çıxış yolunun erkən parlament seçkiləri olduğunu bildirib.