“Paşinyan son çıxışında erməni cəmiyyətinə o mesajı çatdırmaq istəyir ki, Rusiya Ermənistana vassalı kimi baxır”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Ermənistan rəhbərinin Rusiya ilə bağlı səsləndirdiyi son fikirlərə diqqət çəkib:
“Ermənistan Baş naziri Nikol Paşinyan son çıxışında Rusiya ilə bağlı maraqlı fikirlər söyləyib. Birinci fikrində deyib ki, Rusiyadan “Su-30” qırıcı təyyarələrini alıblar, ancaq raket almağa vaxtları çatmayıb, müharibə başlayıb.
Paşinyan ikinci fikrində isə Rusiyanın həqiqətən Ermənistanın strateji müttəfi olduğunu və müharibə zamanı Moskvadan kifayət qədər hərbi dəstək aldıqlarını deyərək cümləsini belə yekunlaşdırıb: “Ancaq unutmamalıyıq ki, Rusiya Azərbaycanın da düşməni deyil”.
Nikol Paşinyan bu iki cümləsi ilə ermənilərə belə bir mesaj göndərmək istəyib ki, Rusiya Ermənistana dəstək verir, ancaq ölkəsini bütün təhlükələrdən də sığortalamayıb. Elə götürək təyyarələr misalını, raketlərsiz bahalı qırıcı təyyarələr konserv bankasından başqa işə yaramır.
Əslində Paşinyan dolayısıyla cəmiyyətinə onu da demək istəyir ki, Rusiya Ermənistana vassalı kimi baxır, əks halda təyyarələrə raketləri də göndərərdi ki, Azərbaycanla müharibədə havaya qalxa bilsinlər”.