22 Mart 2021 10:56
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artak Davtyan Ermənistan silahlı qüvvələri baş qərargahı rəisi vəzifəsinə başlamış sayılır.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Artak Davtyan qanunla Ermənistan silahlı qüvvələri baş qərargahının rəisi təyin edilib”, - Paşinyan bildirib.

Baş nazirin açıqlaması hökumətin rəsmi saytında da yerləşdirilib.

Qeyd edək ki, Ermənistan rəhbəri bundan əvvəl onu istefaya çağıran baş qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər