23 Mart 2021 22:20
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentinin sədri Ararat Mirzoyan qanunverici orqanın iclasında ölkədə hərbi vəziyyət rejiminin ləğvi layihəsinin lehinə səs verməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə News.am saytı məlumat yayıb.

“Ermənistan parlametinin sədri Ararat Mirzoyan 23 mart tarixində hərbi vəziyyət rejiminin ləğvi barədə qərar layihəsinin müzakirəsi zamanı hakim “Mənim addımım” blokundan olan deputatlara hərbi vəziyyət rejiminin ləğvi təklifini verdi”, – deyə saytın məlumatında bildirilir.

A.Mirzoyan qeyd edib ki, hərbi vəziyyət rejiminin uzadılmasının heç bir siyasi mənası və əsaslandırması yoxdur.

Bundan əvvəl hakim “Mənim addımım” fraksiyasını təmsil edən Ermənistan parlamenti sədrinin müavini Alen Simonyan respublikadakı hərbi vəziyyət rejiminin iyun ayında keçiriləcək növbədənkənar parlament seçkilərindən əvvəl aradan qaldırılacağını söyləmişdi.


Müəllif: Səxavət

Oxşar xəbərlər