24 Mart 2021 09:25
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın hərbi polisi vətəndaşları aldadaraq pul mənimsəməkdə və dələduzluqda şübhəli bilinən cinayətkar qruplaşmanı yaxalayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Tərkibi hərbçilərdən ibarət olan qruplaşmanın üzvləri 2020-ci ilin dekabrından 2021-ci ilin fevralına qədər hərbi xidmətlə bağlı müxtəlif səbəblər üzrə kömək bəhanəsi ilə ABŞ vətəndaşından 25 min ABŞ dolları alıblar.

Hərbi qulluqçular cinayətlə bağlı polisə izahat veriblər.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər