Rusiyadan yüksək rütbəli hərbi nümayəndə heyəti Ermənistana səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə razılıq Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov arasında baş tutan telefon danışığı zamanı əldə olunub.
Qeyd olunur ki, Rusiya nümayəndə heyətinin səfərində məqsəd Birləşmiş Qoşun Qrupunun hərəkətlərini, Ermənistan ordusunun modernləşdirilməsini və Sünik vilayətində aktual təhlükəsizlik problemlərini yerində müzakirə etməkdir.