Xocalı cəlladı olan erməni general, “Tuşenka Manvel” ləqəbli Manvel Qriqoryanın qaynı Aşot Əmiryanı avtomobil vuraraq öldürüb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” agentliyi məlumat yayıb.
Agentlik “Shamshyan” kriminal xronika saytına istinadən bildirir ki, yol-nəqliyyat hadisəsi martın 25-i gecəsi baş verib. Eçmiədzin-Marqara magistral yolunun 2-ci kilometrliyində naməlum nömrəli avtomobil İrəvan sakini, 58 yaşlı Aşot Əmiryanı vurub.
Vurulan şəxs yerindəcə ölüb, sürücü isə hadisə yerindən qaçıb.
Aşot Əmiryan “Tuşenka Manvel”in arvadı Nazik Əmiryanın doğma qardaşıdır.