İraqın Müdafiə naziri Cuma İnad Saadun Xatab Ermənistana səfər edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Səfər zamanı Ermənistan müdafiə naziri Vaqarşak Arutyunyanla Cuma İnad Saadun Xatab regional təhlükəsizlik məsələlərini müzakirə edib və memorandum imzalayıblar.
Memorandumda qarşılıqlı maraq doğuran 13 sahə müəyyənləşdirilib.
İraq Müdafiə Nazirliyi rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti qondarma soyqırımı abidəsi – "Sisernakaberd"i də ziyarət edib.