28 Mart 2021 19:00
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş naziri Nikol Paşinyan aprel ayında vəzifəsindən istefa verəcək.

Teleqraf.com xəbər verir ki, N.Paşinyan bu barədə Armavir vilayətində əhali ilə keçirdiyi görüşdə məlumat verib. Onun sözlərinə görə, bu formal bir addım olacaq.

Paşinyan deyib: “Yaxın günlərdə, aprel ayında mən vəzifəmdən istefa verəcəyəm. Bu, növbədənkənar seçkilərin keçirilməsi ilə əlaqədar olacaq. Seçkilərə qədər mən baş nazir vəzifələrini icra edəcəyəm”.
Qeyd edək ki, Ermənistanda növbədənkənar parlament seçkiləri iyunun 20-də keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər