29 Mart 2021 11:07
449
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda olan universitetlərin binalarını satışa çıxarmaq niyyətini açıqlayıb.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Paşinyan Armavir bölgəsinə səfəri zamanı elan edib.

O bildirib ki, İrəvandakı universitetlərin binalarını satışa çıxarmaq və paytaxt xaricində akademiklər üçün şəhərçik salmaq niyyətləri var.

“Universitetlərimizdə bir çox problem var. Belə ideyamız var ki, İrəvanda hamısı olmasa da, əksər universitetlər mərkəzdə yerləşdikləri üçün binaları satışa çıxarılsın. İrəvan xaricində akademiklər üçün şəhərcik tikilsin. Bu gün universitetlərimizdəki şərtlər artıq XXI əsrin standartlarına cavab vermir”, - Paşinyan qeyd edib.


Müəllif: Cavad

Oxşar xəbərlər