Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan ən yaxın ətrafına bildirib ki, erkən parlament seçkiləri zamanı ikinci prezident Robert Köçəryanı dəstəkləmək niyyətində deyil.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Joxovurd” qəzeti məlumat yayıb.
Nəşr qeyd edib ki, Sərkisyan “Vətən” partiyasının lideri, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyana dəstək olmaq istəyir: “Serj Sərkisyan Ermənistanın keçmiş liderlərinin son iclasında Robert Köçəryana seçki kampaniyası dövründə dəstəkləməyəcəyini açıq şəkildə bildirib”.
Qəzet yazır ki, bu məlumatlar Respublikaçı Partiyasının sıralarındakı parçalanmadan və respublikaçıların planlarını açıq şəkildə müzakirə etməyən Serj Sərkisyandan olan narazılığından xəbər verir.