1 Aprel 2021 12:59
1 242
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın keçmiş Prezidenti Robert Köçəryan fəal şəkildə parlament seçkilərinə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti məlumat yayıb.

Nəşrin iddiasına görə, Köçəryan nüfuzlu şəxslərin də daxil olduğu seçki siyahısı hazırlamağa başlayıb.

Mənbə ikinci prezidentin Baş nazir Nikol Paşinyanın qarşısına mümkün qədər güclü siyahı ilə çıxmağı hədəflədiyini yazıb.

Nəşr bildirib ki, Köçəryanın siyahısında “VivaCell-MTS” mobil operatorunun baş direktoru Ralf Yirikyan, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbərlərindən biri, sabiq müdafiə naziri Seyran Ohanyan, baş qərargahın keçmiş rəisi Yuri Xaçaturov və baş nazirin sabiq müavini Armen Gevorqyanın adları var.

Qəzet Köçəryanın keçmiş baş nazir Karen Karapetyanla da danışıqlar apardığını bildirib: “Karapetyanın hər cür dəstək verəcəyi, ancaq seçki siyahısında yer almaq istəmədiyi iddia edilir”.

“Hraparak” yazır ki, iş adamı Artak Tovmasyanın da Köçəryanın komandasına qatılması istisna deyil.

Nəşr eyni zamanda keçmiş ədliyyə naziri Arpina Ovannisyanın da ikinci prezidentin siyahısına daxil ediləcəyini, komandasında üçüncü şəxs olacağını qeyd edib.

Baş nazir Nikol Paşinyan Ermənistanda erkən parlament seçkilərinin iyun ayında keçiriləcəyini açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər